"Əlimizdə olan heyətlə nəyisə dəyişməyə çalışacağıq"
Azərbaycan millisinin baş məşqçisi Nazim Süleymanov 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilmiş Ukrayna ilə oyundan sonra fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, o, 4:0 hesablı məğlubiyyətlə üzləşdikləri görüşdən sonra bunları söyləyib:
"Oyunla bağlı çox söz demək olmaz. Çünki pis oynadıq. Nəticə də bunu göstərir. Birinci hissədə qapılara qol vurulmasa da, Ukrayna yığmasının fərqlənmək üçün imkanları oldu. Biz də rəqibi əks-hücumda yaxalamaq istəyirdik ki, qol epizodu yaradıb fərqlənə bilək. Təəssüf ki, buna nail ola bilmədik. Oyun intizamı da məni qane etmədi. Ukraynalı futbolçular bizim oyunçulardan üstün oynadı. Böyükhesablı məğlubiyyətə görə futbolçular və öz adımdan xalqımızdan üzr istəyirəm. Uduzmaq olar, amma mübarizə aparmadan təslim olmaq peşəkarlığa sığmır. Bu cür oyunla mərhələ adlamaq çətin olacaq, amma tələsməyək. Qarşıda 2 oyunumuz var. Əlimizdə olan heyətlə nəyisə dəyişməyə çalışacağıq”.
saytlarin hazirlanmasi