"Qarabağ" və millimizdə ciddi itki

17:27 - 12 Noyabr 2015

Düşərgəni tərk etdi

 

Noyabrın 17-də Bakı Olimpiya Stadionunda Moldova yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandası daha bir itki ilə üzləşib.

 

Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, kapitan Rəşad Sadıqov məşqdə zədələndiyi üçün millinin düşərgəsini tərk etməli olub və Moldova yığması ilə oyunda iştirak etməyəcək.

 

Xatırladaq ki, daha öncə Dmitri Nazarov zədə ucbatından millinin toplanışına qatıla bilməmişdi.  

Xəbər xətti