Süleymanovdan sərt addım
19 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Bakıda keçirilən V qrupunun oyunlarında uğursuz çıxış edən Azərbaycan yığmasının baş məşqçisi Nazim Süleymanov ilk sərt addımını atıb.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, ardıcıl 2 məğlubiyyətdən sonra komandanın üzvü Mahir Mədətov yığmanın heyətindən kənarlaşdırılıb.
Buna səbəb onun komandada intizam qaydalarını kobud şəkildə pozmağı olub.
Qeyd edək ki, millimiz ilk oyunda Ukraynaya 0:4, ardınca Türkiyəyə 0:1 hesabı ilə uduzub.
saytlarin hazirlanmasi