Azərbaycan - Rusiya
21 yaşadək futbolçulardan ibarət milli komandamız "Avro-2017"nin seçmə mərhələsində Rusiyalı həmyaşıdları ilə qarşılaşacaq.
Sportal.az xəbər verir ki, noyabrın 17-də baş tutacaq görüşü idarə edəcək hakimlər məlum olub. Belə ki, bu qarşılaşma israilli hakimlər briqadasına həvalə olunub.
Matçın baş hakimi Eytan Şmuelevitz olacaq. Ona həmyerliləri Nissan Davidi və Roy Hassan köməklik edəcək. Ziv Adler isə dördüncü referi funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan - Rusiya oyunu noyabrın 17-də saat 17:00-da "Bayıl Arena"da baş tutacaq.
saytlarin hazirlanmasi