"Əgər bunları etməyəcəksə, o, necə böyüyüb böyük futbolçu ola bilər?!"
"Təəssüf ki, vaxtım az olduğu üçün futbolçuları vaxtında tanıya bilmədim. Türkiyədə "18-liy"i müəyyənləşdirdikdən sonra bəzi oyunçuların dəyişdiyini gördüm".
Sportal.az xəbər verir ki, bu sözləri bu gün Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan (U-19) - Bosniya və Herseqovina (U-19) matçından sonra millimizin baş məşqçisi Nazim Süleymanov deyib.
Süleymanov bildirib ki, intizamsızlıq ucbatından komanda çətin vəziyyətə düşüb: "Nizam-intizam hər bir işdə mühüm amildir. Biz futbolçulardan hər zaman bunu tələb etmişik. Futbolçu meydanda can qoymalıdır, çalışmalıdır. Əgər bunları etməyəcəksə, o, necə böyüyüb böyük futbolçu ola bilər?! Bugünkü oyunda tapşırığımız cinahlardan hücuma atılmaq və standart vəziyyətlərdən istifadə etmək idi. Standart vəziyyətdən istifadə edib qol vurduq, ancaq təəssüf ki, 1:0 hesablı qələbə bizi elit-raunda yüksəltmədi".
saytlarin hazirlanmasi