Millimizin kapitanı: "Futbolçularımız son oyunda meydanda canlarını qoydular"

00:47 - 16 Noyabr 2015

"Meydana ancaq qələbə üçün çıxmışdıq"
 
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının kapitanı Bəhlul Mustafazadə AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində Bosniya və Herseqovinaya qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
 
Sportal.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri görüşü "CBC Sport"a açıqlamasında belə şərh edib:
 
"Meydana ancaq qələbə üçün çıxmışdıq. Bunun üçün nə lazım idisə, əlimizdən gələni etməyə çalışdıq. Bizə 2:0 hesabıyla qalib gəlmək lazım idi ki, qrupdan çıxa bilək. Amma təəssüf ki, bəzi epizodlarda bəxtimiz qətiyyən gətirmədi. Futbolçularımız son oyunda meydanda canlarını qoydular. Buna görə onlara minnətdarlığımı bildirirəm"

Xəbər xətti