Millimizin baş məşqçisi: "Bu gün Rusiya yığmasından daha yaxşı oynadıq"

20:46 - 17 Noyabr 2015

"Futbolçular əsl xarakter nümayiş etdirdi"
 
Bu gün 21 yaşlılardan ibarıt millimiz AÇ-2017 seçmə mərhələsində Rusiyanı 3:0 hesabı ilə məğlub edib.

Sportal.az xəbər verir ki, millimizin baş məşqçisi Yaşar Vahabzadə qələbəyə belə şərh verib:

"Komandamız bu gün nəyə qadir olduğunu göstərdi. Futbolçular əsl xarakter nümayiş etdirdi. Qeydə alınan hesab da göstərir ki, komandamız futbol oynaya bilir. Futbolçularımız hər oyunda xarakter göstərsələr, yaxşı nəticə qazanmaq mümkündür. Vacib olan özünəinamdır. Biz Almaniya yığması ilə qarşılaşmada da bugünkü sistemdən istifadə etdik və oyunumuz pis alınmadı. Bu gün Rusiya yığmasından daha yaxşı oynadıq və onlardan üstün olduq".

Xəbər xətti