"Zirə" "Xəzər Lənkəran"la matça ciddi itki ilə çıxacaq

11:47 - 23 Noyabr 2015

Şemonayev cəzalı durumda

 

Azərbaycan Premyer Liqasının XIII turu çərçivəsində səfərdə "Rəvan"a 0:1 hesabı ilə məğlub olan "Zirə"nin heyətində Aleksandr Şemonayev cəzalı duruma düşüb.

 

Sportal.az xəbər verir ki, bu matçda sarı vərəqə alaraq limiti dolduran Şemonayev Premyer Liqanın XIV turunda keçiriləcək "Xəzər Lənkəran"la matçda komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, "Zirə" - "Xəzər Lənkəran" matçı noyabrın 28-i baş tutacaq.

Xəbər xətti