Danimarkalı hakimlər briqadası
Avropa Liqasının qrup mərhələsinin “Qəbələ” səfərdə Yunanıstanın PAOK klubu ilə qarşılaşacaq.
Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı idarə edəcək hakimlər məlumdu. Belə ki, Yunanıstanda keçiriləcək oyunu danimarkadan olan hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, PAOK - "Qəbələ" matçı noyabrın 26-da Bakı vaxtı ilə gecə saat 00:05-də başlayacaq.
Xatırladaq ki, bu hakimlər briqadası daha öncə Avropa Liqasının qrup mərhələsinin III turunda keçirilən "Monako" - "Qarabağ" oyununu idarə edib. Həmin görüş 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Baş hakim: Jakob Kehlet
Köməkçi hakimlər: Henrik Larsen, Lars Riks
Əlavə köməkçi hakimlər: Mads-Kristoffer Kristoffersen, Peter Kyasqaard-Andersen
Dördüncü hakim: Lars Hummelgaard