"Qarabağ"ın qolunu saymayan hakim "Fənərbaxça"nın oyununda

18:19 - 23 Noyabr 2015

"Molde" - "Fənərbaxça" matçını idarə edəcək

 

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində keçiriləcək "Molde" - "Fənərbaxça" matçının hakimləri müəyyənləşib.

 

Sportal.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 26-da Norveçdə keçiriləcək bu qarşılaşmanı Miroslav Zelinkanın başçılıq etdiyi çexiyalı hakimlər briqadası idarə edəcək. Ona həmyerli Andre Pelinak və Jan Patak kömək edəcək.

 

Qeyd edək ki, Zelinka ötən mövsüm Avropa Liqasının qrup mərhələsində "Qarabağ" - "İnter" matçını idarə etmişdi. O, qarşılaşmanın son dəqiqələrində Riçard Almeydanın vurduğu qolu qeydə almamışdı və bunun nəticəsində Ağdam təmsilçisi mübarizəni qrup mərhələsində dayandırmalı olmuşdu.

Xəbər xətti