"Təbii ki, qələbə üçün gəlmişik"
Bu gün Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda “Qarabağ”la qarşılaşacaq “Tottenhem”in futbolçusu Erik Dayer klubun rəsmi saytına açıqlama verib.
Sportal.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi "Qarabağ"ın güclü komanda olduğunu bildirib:
"Qarabağ" güclü komanda olduğunu ilk oyunda göstərdi. Topla oynamağı sevən komandadır. Bu oyun bizim üçün çətin olacaq".
Gənc futbolçu vacib matçda qələbə qazanmaq istədiklərini vurğulayıb:
"Həm də uzun yol qət etmişik. Təbii ki, qələbə üçün gəlmişik. Biz hər zaman qələbə üçün oynayırıq. Qalib gəlib, qrupdan çıxmaq istəyirik".
saytlarin hazirlanmasi