"Anderlext"in futbolçusu "Qarabağ"la matçı buraxacaq

15:35 - 27 Noyabr 2015

Cəzalı duruma düşüb

 

"Anderlext" Avropa Liqası qrup mərhələsinin sonuncu turunda “Qarabağ”a qarşı keçirəcəyi matça itki ilə çıxacaq.

 

Sportal.az xəbər verir ki, Belçika təmsilçisi ağdamlılarla görüşdə  Stiven Defurun xidmətindən istifadə edə bilməyəcək. Buna səbəb belçikalı futbolçunun dünən “Monako” ilə qarşılaşmada bu mövsüm 3-cü sarı vərəqəni almaqla cəzalı duruma düşməsidi. 27 yaşlı yarımmüdafiəçi buna görə “Qarabağ”la matçı buraxmalı olacaq.

Xəbər xətti