Millimizin sabiq üzvü üçün 60 dəqiqə
Serbiya Super Liqasında 19-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin komandası - "OFK Belqrad" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Çukariçki" ilə qarşılaşıb. Matç Subaşiçin komandasının 3:0 hesablı məğlubiyyəti ilə başa çatıb. Əsas heyətdə meydana çıxan Branimir bu matçın 60-cı dəqiqəsində əvəzlənib.
Qeyd edək ki, "OFK Belqrad" hazırda 18 xalla 16 klub arasında 13-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi