"Xəzər Lənkəran" bu gün toplanır

10:40 - 30 Noyabr 2015

İstirahət bitdi

 

Xəbər verdiyimiz kimi, Premyer Liqanın XIV turunun səfər matçında “Zirə”yə 0:1 hesabı ilə məğlub olan “Xəzər Lənkəran” bir günlük sərbəst buraxılıb.

 

Sportal.az xəbər verir ki, cənub təmsilçisi bu gün saat 16:00-da Lənkəranda bir araya gələrək Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində qarşılaşacağı “Kəpəz” matçının hazırlıqlarına start verəcək.

 

Qeyd edək ki, "Xəzər Lənkəran" - "Kəpəz" matçı dekabrın 2-si saat 17:00-da başlayacaq.

Xəbər xətti