Məşhur basketbolçu karyerasını bitirir

16:22 - 30 Noyabr 2015

Mövsümün sonunda
 
Məşhur basketbolçu Kobe Braynt karyerası ilə bağlı qərar verib.
 
Sportal.az BBC Sport-a istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Milli Basketbol Assosasiyasının (NBA) “Los Anceles Leykers” klubunda çıxış edən Kobe Braynt karyerası ilə bağlı yekun qərarını verib. 37 yaşlı  idmançı mövsümün sonunda karyerasını bitirmək qərarına gəlib.
 
1996-cı ildən “Los Anceles Leykers”də çıxış edən basketbolçu 5 dəfə NBA çempionu olub (2000, 2001, 2002, 2009, 2010) və ABŞ yığmasının heyətində 2 dəfə Olimpiya çempionluğu yaşayıb. (2008, 2012).

Xəbər xətti