Aquero "Mançester Siti"ni sevindirdi

01:24 - 1 Dekabr 2015

Zədəsinin son durumu məlum olub
 
"Mançester Siti"nin futbolçusu Serxio Aqueronun zədəsi ciddi deyil.
 
Sportal.az xəbər verir ki, bu barədə argentinalı hücumçunun özünün "Tvitter" hesabında yazıb:
 
"Məndə hər şey qaydasındadır. Zədəm yüngüldür. Mənə dəstək olanlara təşəkkür edirəm".
 
Qeyd edək ki, S.Aquero İngiltərə Premyer Liqasının 14-cü turunda "Sautqempton"a qarşı matçın 64-cü dəqiqəsində zədələnib və məcburi əvəzlənib.

Xəbər xətti