Azərbaycan Kubokunun 1/8 finalı rəqəmlərin gözü ilə STATİSTİKA

10:38 - 1 Dekabr 2015

"Qəbələ"nin "Mil-Muğan"la ikinci matçı

 

Bu həftə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunları keçiriləcək. İki gün ərzində 8 cütdə qalib müəyyənləşəcək.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən üz-üzə gələcək cütlərin ölkə kubokundakı oyunlarının balansını təqdim edir.

 

 

Azərbaycan kuboku

 

1/8 final

 

02 dekabr (çərşənbə)

 

“Turan Tovuz” – “İnter” – indiyədək qarşılaşmayıblar


 

“Qarabağ” – “Şəmkir” – 7 oyun, +3=1-3, top fərqi 10-7

12 ildən sonra kubokda yolları kəsişən əyalət klubları 5-ci dəfə üz-üzə gəlir. 7 oyundan ibarət 4 əvvəlki duelin 1-də “Şəmkir”, 2-də “Qarabağ” mərhələ keçibsə, yarışın biri yarımçıq dayanıb. Son 3 qarşılaşmada şəmkirlilər qalib gəlib.

 

1993

1/16 final

Qarabağ (Ağdam) - Şəmkir

5:0, 3:1

1994/95

1/16 final

Qarabağ (Ağdam) - Şəmkir

1:0, 0:0

2001/02

1/4 final

Şəmkir - Qarabağ-Azərsun (Ağdam)

2:0

2003/04

1/2 final

Qarabağ-Azərsun (Ağdam) - Şəmkir

1:2, 0:2

 

“Neftçala” – “Sumqayıt” – indiyədək qarşılaşmayıblar

“Xəzər Lənkəran” – “Kəpəz” – indiyədək qarşılaşmayıblar

“Neftçi” – “Qaradağ Lökbatan” – 3 oyun, 3=0-0, top fərqi 10-0

Ardıcıl 2-ci, ümumilikdə 3-cü dəfə “Qaradağ Lökbatan” 1/8 finalda “Neftçi” ilə qarşılaşacaq. “Ağ-qaralar” əvvəlki 3 oyunda qol buraxmadan qalib gəlib.

 

2009/10

1/8 final

Neftçi (Bakı) - Neftçi-İSM (Bakı)

5:0, 2:0

2014/15

1/8 final

Neftçi (Bakı) - Qaradağ-Lökbatan

3:0

 

AZAL – “Zirə” – indiyədək qarşılaşmayıblar

03 dekabr (cümə axşamı)

“Rəvan” -  “Bakı” – 3 oyun, +1=1-1, top fərqi 1-1

3-cü dəfə üz-üzə gələn paytaxt təmsilçilərinin əvvəlki duellərinin taleyi penaltilər seriyasında həll olunub. Hərəyə 1 dəfə qalib gələn rəqiblərin oyunlarındakı balansda da tarazlıqdır.

 

2011/12

1/8 final

Bakı - Rəvan (Bakı)

0:0, p.3:2

2013/14

1/4 final

Rəvan (Bakı) - Bakı

0:1, 1:0, pen. 9:8

 

 “Qəbələ” – “Mil-Muğan” – 1 oyun, +1=0-0, top fərqi 2-1

2 ildən sonra yenidən 1/8 finalda qarşılaşan komandaların yeganə duelində Premyer Liqa təmsilçisi qalib gəlib. Lakin həmin görüşdə hər iki komanda qol sevinci yaşayıb.

 

2013/14

1/8 final

Mil-Muğan (İmişli) - Qəbələ

1:2

Xəbər xətti