Şəhriyar Əliyev Lənkərana aparılmayıb
Azərbaycan kubokunun 1/8 final mərhələsində “Xəzər Lənkəran”la keçiriləcək səfər oyununda Şəhriyar Əliyev “Kəpəz”ə kömək edə bilməyəcək.
Sportal.az xəbər verir ki, müdafiəçi zədəli olduğundan komandadan kənarda qalıb. Bu səbəbdən Şəhriyar Lənkərana da aparılmayıb.
Premyer Liqasının XIV turunda “İnter” ilə görüşdə zədə alan arxa xətt oyunçusu dünən komanda ilə birgə məşq edib. Lakin ağrıları olduğundan vəziyyətin daha da ağırlaşmaması üçün futbolçunun kubok matçında meydana çıxmaması məsləhət görülüb.
saytlarin hazirlanmasi