Başlamadan bitən derbinin cəzası məlum oldu

02:35 - 2 Dekabr 2015

"Panatinaikos"un 3 xalı silindi
 
Yunanıstan Futbol Federasiyasının İntizam Komitəsi "Panatinaikos"a sərt cəza tətbiq edib.

Sportal.az xəbər verir ki, buna noyabrın 21-i "Oimpiakos"la oynanılması planlaşdırılan qarşılaşmanın komandanın azarkeşlərinin etdiyi hərəkətlər səbəbindən təxirə salınması səbəb olub. Baş verənlərə görə "Panatinaikos"un 3 xalı silinib və kluba 4 oyun azarkeşsiz oynamaq cəzası verilib. Bundan başqa Yunanıstan klubu 190 min avro məbləğində cərimələnib. 3 xalı silinən "Panatinaikos" 19 xalla 5-ci pilləyə yuvarlanıb.
 
Qeyd edək ki, "Panatinaikos” Avropa Liqasında təmsilçimiz "Qəbələ”yə uduzaraq mübarizəni dayandırmışdı.

Xəbər xətti