"Əsas məqsədimiz I Divizionun qalibi olmaqdı"
Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində "Neftçala" öz meydanında "Sumqayıt"ı qəbul edib.
Sportal.az xəbər verir ki, matç Premyer Liqa təmsilçisinin 1 - 0 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra keçirilən mətbuat konfransında "Neftçala"nın baş məşqçisi Kamal Quliyev məğlubiyətə belə şərh verib: “Biz bu oyunu səbirsizliklə gözləyirdik. Danışanda Premyer Liqadan dəm vururuq, Premyer Liqada oynamaq istəyirik. Düşünürəm ki, ustalıq səviyyəsinə görə rəqib bizi üstələdi və son dəqiqədə qol vurdular. Komandamı təbrik edirəm, əzmkar oyun sərgilədilər. Mən futbolçularla söhbətdə demişdim ki, “Sumqayıt”la oyun bizim üçün sınaqdır. Bizim əsas məqsədimiz I Divizionun qalibi olmaqdır. Kubok yarışında isə gücümüz çatan qədər mübarizə apardıq. Bundan artığını edə bilməzdik”.
saytlarin hazirlanmasi