"Ağır bir oyun oldu"
"Sumqayıt" Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində səfərdə "I Divizion təmsilçisi "Neftçala"nı 1 - 0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.
Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "kimyaçılar"ın baş məşqçi əvəzi Vəfadar Quliyev oyun haqda fikirlərini bildirib: “Meydançanın vəziyyəti yaxşı deyildi. Ağır bir oyun oldu. Mən futbolçulara komandanın baş məşqçisi Samir Abasovun adından, eləcə də öz adımdan təşəkkür edirəm, rəqibə isə uğurlar arzu edirəm".
saytlarin hazirlanmasi