Adil Şükürov: "AZAL oyundan oyuna daha yaxşı təsir bağışlayır"

18:09 - 2 Dekabr 2015

"İrəli getməyə çalışacağıq”

 

"Oyun düşündüyümüzdən daha çətin keçdi. AZAL oyundan oyuna daha yaxşı təsir bağışlayır". 

Sportal.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Adil Şükürov Azərbaycan kubokunun 1/8 finalında AZAL-a qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.  

A.Şükürov komandasının kubokda mümkün qədər irəli getməyə çalışacaqlarını bildirib: "Qalib gəlib, yolumuza davam etdiyimiz üçün çox sevinirəm. Gücümüz çatdığı qədər irəli getməyə çalışacağıq”.
 
Qeyd edək ki, AZAL-ı 2:1 hesabı ilə məğlub edən "Zirə" kubokun 1/4 final mərhələsinə yüksəlib.

Xəbər xətti