Yunis Hüseynov: "Bəli, biz oyun baxımından çox yaxşı işlər görmədik"

19:35 - 2 Dekabr 2015

"Futbolçuları təbrik edirəm"

 

Azərbaycan kubokunun 1/8 final mərhələsində "Xəzər Lənkəran" doğma meydanda "Kəpəz"i 1 - 0 hesabı ilə məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb.

 

Sportal.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-yaşıllar"ın baş məşqçisi Yunis Hüseynov matç haqda fikirlərini bildirib: “Gərgin oyun alındı. Qələbə qazanmağı çox istəyirdik. Kubokda qazanacağımız uğur bizim üçün stimul olacaqdı. Futbolçuları təbrik edirəm, 90 dəqiqə mübarizə apardılar.  Bu gün gənc futbolçuların hesabına oynadıq, zədəli oyunçularımız çoxdur. Bəli, biz oyun baxımından çox yaxşı işlər görmədik, amma döyüşdük”. 

Xəbər xətti