Premyer Liqa təmsilçisində ciddi itki

23:08 - 2 Dekabr 2015

Mövsümü erkən başa vurdu
 
İngiltərə Premyer Liqasında mübarizə aparan "Uest Hem" klubu ciddi itki ilə üzləşib.
 
Sportal.az "talkSPORT"a istinadən xəbər verir ki, Premyer Liqanın 14-cü turunda "Uest Bromviç"lə matçda zədələnən "Uest Hem"in hücumçusu Diafra Saxonun durumuna aydınlıq gəlib. Məlumatda bildirilir ki, London təmsilçisinin hücumçusunun vəziyyəti ciddidir və mövsümü vaxtından əvvəl başa vurmalı olub.
 
Xatırladaq ki, 25 yaşlı seneqallı hücumçu Saxo bu mövsüm "Çəkicdöyənlər"in heyətində 3 qol vurub.

Xəbər xətti