"Anderlext" "Qarabağ"la matça ciddi itki ilə çıxacaq

11:41 - 3 Dekabr 2015

 

Açemponq sıradan çıxdı

 

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Anderlext" ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, Belçika təmsilçisinin qanalı hücumçusu Frank Açemponq ciddi zədə alıb. Onun "Qarabağ"la keçiriləcək vacib matçda komandasına kömək etməyəcəyi bildirilir. 

 

Qeyd edək ki, "Anderlext" - "Qarabağ" matçı dekabrın 10-u Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.

Xəbər xətti