"Rəqib güclü komandalardan biri idi"
Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qəbələ" - "Mil-Muğan" (7:0) matçından sonra "Mil-Muğan"ın baş məşqçisi Elşən Hüseynov oyunla bağlı fikirlərini bölüşüb.
Sportal.az PFL-nın rəsmi saytına istinadən həmin fikirlərlə sizi tanış edir:
“Qəbələ” klubunu təbrik edirəm. Hava şəraitinə hazır deyildik, bundan əlavə əsas heyətin 6 futbolçusu “Qəbələ”yə qarşı oynaya bilmirdi. Rəqib güclü komandalardan biri idi, biz bu oyuna nəzərən səhvlərimizi aradan qaldırmağa çalışacağıq”
saytlarin hazirlanmasi