"Həmin matç çox vacibdir"
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"la vacib matça çıxacaq "Anderlext"in futbolçusu Gillaume Jille maraqlı fikirlər səsləndirib.
Sportal.az xəbər verir ki, ölkəsinin mətbuatına açıqlamasında Jille bunları qeyd edib:
"Hazırda oyun qrafikimiz çox sıxdır. Lakin biz bunun öhdəsindən gəlmək niyyətindəyik. "Qarabağ"la bizi vacib matç gözləyir. Düşünürəm ki, həmin matçda vuracağımız 1 qol bizi növbəti mərhələyə daşıyacaq".
Qeyd edək ki, "Anderlext" - "Qarabağ" matçı dekabrın 10-u Bakı vaxtı ilə saat 00:05-də start götürəcək.
saytlarin hazirlanmasi