"Krasnodar"ın futbolçusu "Qəbələ" ilə oyundan danışdı

15:17 - 5 Dekabr 2015

"Bütün oyunlara hazırlaşırıq"
 
"Krasnodar"ın futbolçusu Raqnar Siqurdson Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyun haqda danışıb.
 
Sportal.az xəbər verir ki, islandiyalı futbolçu Bakıda keçiriləcək oyunla bağlı bunları deyib:
 
"Qəbələ" ilə oyun üçün gücümüz qalıb. Biz peşəkar futbolçularıq. Bütün oyunlara hazırlaşırıq. "Qəbələ" ilə görüşə hazırlıq üçün 5 günümüz var".
 
Qeyd edək ki, dekabrın 10-da "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - "Krasnodar" oyunu saat 22:00-da başlayacaq.   

Xəbər xətti