"Qarabağ"ın rəqibləri üçün növbəti sınaq

17:52 - 5 Dekabr 2015

Ölkə çempionatlarında...

 

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Monako" və "Tottenhem" bu gün ölkə çempionatlarında növbəti matçlarına çıxacaqlar.

 

Sportal.az xəbər verir ki, "Tottenhem" İngiltərə Premyer Liqasının XV turu çərçivəsində səfərdə "Vest Bromviç"in qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. 

 

Fransa 1-ci liqasının XVII turu çərçivəsində isə "Monako" səfərdə "Bastiya" ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər xətti