"Xəzər Lənkəran" "Qəbələ" üçün daha 6 futbolçu çağırdı

19:17 - 5 Dekabr 2015

Zədəlilərin son durumu

 

Azərbaycan kubokunun  1/8 final mərhələsində Gəncənin “ Kəpəz” klubunu  minimal hesabla yenərək  növbəti mərhələyə yüksələn “ Xəzər Lənkəran” Lənkərandakı bazasında məşqlərini davam etdirir.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komanda Premyer Liqanın XV turu çərçivəsində öz meydanında Qəbələ şəhərinin eyni adlı klubunu qonaq  edəcək və matç saat 17.00 da start götürəcək. 

 

“Xəzər Lənkəran” rəqibi önünə ciddi itkilərlə çıxacaq. Belə ki, Elşən Rzazadə cəzalı, Kazım Kazımlı və İlyas Səfərzadə isə zədə səbəbindən oyunu buraxmalı olacaqlar. Bu səbəbdən məşqçilər korpusu əvəzedici heyətin və uşaq akademiyasının 6 futbolçusunu əsas heyətlə birgə məşqlərə dəvət edib. Sabahkı görüşdə akademiyanın bir neçə futbolçusunun əsas heyətdə ilk dəfə debüt edəcəyi gözlənilir.

Xəbər xətti