"Xəzər Lənkəran" AZAL-la matçöncəsi itki ilə üzləşdi

00:47 - 7 Dekabr 2015

Səfərzadə cəzalı duruma düşdü
 
Premyer Liqanın XVI turunda AZAL-la qarşılaşacaq "Xəzər Lənkəran” oyuna ciddi itki ilə çıxacaq.
 
Sportal.az xəbər verir ki,cənub təmsilçisi İlyas Səfərzadənin xidmətindən istifadə edə bilməyəcək. Buna səbəb İlyası sarı vərəqə limitini doldurmasıdır.
 
Dünən baş tutan "Qəbələ”ilə oyunun 61-ci dəqiqəsində sarı vərəqə ilə cəzalanan futbolçu sarı vərəqə limitini doldurub. İlyas mövsümdə 4-cü xəbərdarlığını alıb. O, bunadək  Premyer Liqanın IV turunda "Qarabağ”la, XI turda "Sumqayıt”la, XIII turda "Neftçi” ilə oyunlarda sarı vərəqə ilə cəzalanmışdı. 
 
Qeyd edək ki, AZAL – "Xəzər Lənkəran” oyunu dekabrın 13-də baş tutacaq.

Xəbər xətti