"Xəzər Lənkəran" kapitanını əbədiləşdirdi

00:01 - 8 Dekabr 2015

Klub rəhbərliyindən Əmirquliyevə jest
 
Milli komandamızın futbolçusu Rahid Əmirquliyevin yaxın günlərdə "Xəzər Lənkəran”dan ayrılacağından xəbərdarsınız.

Sportal.az xəbər verir ki, "Xəzər Lənkəran” kapitanının adını əbədiləşdirəcək. Bu barədə komandanın azarkeşlərlə iş üzrə əlaqələndiricisi Elman Tağıyev "facebook” hesabı vasitəsi ilə məlumat verib. O, bu ideya ilə bir neçə gün öncə rəhbərliyə müraciət etdiklərini və müsbət cavab aldıqlarını bildirib. 
 
Belə ki, bundan sonra cənub klubunun heyətində "14” nömrəli formada futbolçu meydanda olmayacaq. Əgər, Əmirquliyev nə vaxtsa komandaya qayıdarsa doğma formasına qovuşacaq.

Xəbər xətti