Ukraynada 11 futbolçu oyun alqı-satqısına görə qovuldu

01:49 - 8 Dekabr 2015

Futbolçular günahlarını etiraf edib
 
Ukrayna I Liqasında mübarizə aparan "Zarya” futbol klubu 19 yaşadək futbolçulardan ibarət komandanın 11 futbolçusu ilə yollarını ayırıb.  Buna futbolçuların oyun alqı-satqısında əllərinin olması səbəb olub.
 
Sportal.az xəbər verir ki, bu barədə klubun baş direktoru Sergey Rafaelov Ukrayna mətbuatına açıqlamasında məlumat verib.  O, Valentin Velikiy,  İvan Volik, Aleksey Olençenko,  Sergey Romanov, İqor Skvortsov, Maksim Slusar, Pavel Smirnov, Aleksandr Soldatenko, Vladislav Sidorenko, Vladislav Filenkov  və Deniş Şapockanın komandadan qovulduğunu açılayıb.
 
Baş direktor futbolçularının günahlarını boyunlarına aldığını bildirib.  Futbolçular satılan hər oyuna görə, 500-900 avro aldıqlarını efiraf ediblər. 

Xəbər xətti