"Xəzər Lənkəran"ın AZAL üstünlüyü STATİSTİKA

12:53 - 8 Dekabr 2015

34-cü dəfə üz-üzə

 

“Xəzər Lənkəran” Premyer Liqanın XVI turu çərçivəsində dekabrın 13-də səfərdə AZAL klubu ilə qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, “ağ-yaşıllar” bununla da “təyyarəçilər”lə 34-cü dəfə üz-üzə gəlmiş olacaqlar. İndiyə qədər keçirilən 33-oyunda "Xəzər Lənkəran" paytaxt təmsilçisinə 17-dəfə qalib gəlib və yalnız  6-oyunda məğlub olub. Qalan 10-oyunda isə qalib müəyyənləşməyib.

 

Cütlüyün qarşıdurmalarında ümumi top fərqinə görə də “Xəzər Lənkəran”ın böyük üstünlüyü var. 

 

 

“Xəzər Lənkəran” –  AZAL   44:26

*************

Çempionat oyunları

“Xəzər Lənkəran” çempionatda AZAL-la 30-oyunda üz-üzə gəlib. Ümumilikdə 15-görüşü 3-xalla bitirən komanda, bundan 3-dəfə az sayda məğlubiyyət acısı yaşayıb, 9-görüşdə isə paytaxt təmsilçisi ilə sülh bağlayıb. Çempionat çərçivəsində baş tutan matçlarda “Təyyarəçilər”in qapısına 39-dəfə yol tapan “ağ-yaşıl”lar öz qapısından 23 top buraxıb.

*************

Kubok oyunları.

"Xəzər Lənkəran" paytaxt təmsilçisi ilə  4-kubok oyununda qarşılaşıb. 2007/08 mövsümündə kubokun  ¼ final mərhələsində “Xəzər Lənkəran” səfərdə 0:1 hesabı ilə məğlub olsa da “Fırtınalar meydanı”nda bunun əvəzini iki topla çıxaraq yarımfinala adlaya bilib. Növbəti dəfə komandalar  kubok yarışmasının 2009/10 mövsümündə  finala vəsiqə qazanmaq üçün yarım final mərhələsində üz-üzə gəliblər. Paytaxtda baş tutan oyunda qeydə alınan 1:1-lik heç-heçədən sonra Lənkərandakı matçda “Ağ-yaşıl”lar 2:1-hesabı ilə qalib gələrək finala gedən yolda sonuncu səddi aşa biliblər. Kubok oyunlarında cütlüyün top fərqi belədir: “Xəzər Lənkəran” –  AZAL 5:3

**************

 

Böyük hesablar.

Yarandığı gündən bəri “Xəzər Lənkəran” komandası paytaxt klubunu 2-dəfə 3:0-lıq böyük hesabla məğlub edib. Hər iki darmadağın Mirça Rednikin baş məşqçiliyində qeydə alınıb.

 

**************

 “Adı adlara qalıb”…

Onu da əlavə edək ki, bir neçə dəfə adını dəyişən AZAL, indiyə qədər “Olimpik” həmçinin “Olimpik Şüvəlan” adları ilə də çıxış edib.

 

 

**************

Aşağıda “Xəzər Lənkəran”ın AZAL klubu ilə keçirdiyi bütün oyunların statistikası təqdim olunur:

 

2005/06 mövsümü

  “Olimpik” – “Xəzər Lənkəran”   0:2

 “Xəzər Lənkəran” – “Olimpik”   1:0

 

 2006/07 mövsümü

 “Olimpik” – “Xəzər Lənkəran”   1:2

  “Xəzər Lənkəran” – “Olimpik”   3:2

 

 2007/08 mövsümü

 “Olimpik” – “Xəzər Lənkəran”   0:0

  “Xəzər Lənkəran” – “Olimpik”   0:0


Azərbaycan kuboku, ¼ final mərhələsi

  “Olimpik” – “Xəzər Lənkəran”   1:0

  “Xəzər Lənkəran” – “Olimpik”   2:0

 

2008/09 mövsümü

 “Olimpik” – “Xəzər Lənkəran”   0:1

“Xəzər Lənkəran” – “Olimpik”   0:0

 

 2009/10 mövsümü

  “Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran”   1:0

  “Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan”   2:1

 

 Azərbaycan kuboku, yarımfinal

 “Olimpik-Şüvəlan” – “Xəzər Lənkəran”   1:1

 “Xəzər Lənkəran” – “Olimpik-Şüvəlan”   2:1

 

 2010/11 mövsümü təsnifat mərhələsi

 AZAL – “Xəzər Lənkəran”  0:1

 “Xəzər Lənkəran” –AZAL  2 : 1

 

 2010/11 mövsümü final mərhələsi

AZAL – “Xəzər Lənkəran”  1 : 0

 “Xəzər Lənkəran” –AZAL  3 : 0

 

 2011/12 mövsümü təsnifat mərhələsi

AZAL – “Xəzər Lənkəran”  0 : 3

 “Xəzər Lənkəran” –AZAL  1 : 0

 

 2012/13 mövsümü təsnifat mərhələsi

AZAL – “Xəzər Lənkəran” 0 : 2

 “Xəzər Lənkəran” – AZAL 1 : 2

 

2012/13 mövsümü final mərhələsi

“Xəzər Lənkəran” – AZAL 1 : 1

AZAL – “Xəzər Lənkəran” 2 : 0

 

2013/14 mövsümü I dövrə

 AZAL – “Xəzər Lənkəran” 1 : 3

 

2013/14 mövsümü II dövrə

“Xəzər Lənkəran” – AZAL 1 : 1

 

 2013/14 mövsümü III dövrə

AZAL – “Xəzər Lənkəran” 2 : 2

 

2013/14 mövsümü IV dövrə

“Xəzər Lənkəran” – AZAL  1 : 1

 

 2014/15 mövsümü I dövrə

AZAL – “Xəzər Lənkəran” 1 : 1

 

 2014/15 mövsümü II dövrə

“Xəzər Lənkəran” – AZAL  1 : 1

 

 2014/15 mövsümü III dövrə

AZAL – “Xəzər Lənkəran” 3 : 1

 

2014/15 mövsümü IV dövrə

“Xəzər Lənkəran” – AZAL  1 : 0

 

 2015/16 mövsümü I dövrə

“Xəzər Lənkəran” – AZAL  3 : 1

 

12cioyuncu.info

Xəbər xətti