"Acınız, acımızdır"
Xəbər verdiyimiz kimi, dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlər və xəsarət alanlar olub.
Bu hadisəyə hazırda "Mersin İdman Yurdu"nda çalışan "Bakı"nın sabiq baş məşqçisi Bülent Korkmaz və onun köməkçisi, "Qarabağ"ın sabiq koordinatoru Sebahettin Tekin də biganə qalmayıb. Onlar Sportal.az vasitəsi ilə Azərbaycan xalqına başsağlığı veriblər:
"Azərbaycan xalqını çox sevirik. Bu hadisəyə görə öz vətənimiz kimi çox üzüldük. Acınız, acımızdır. Başımız sağolsun".
saytlarin hazirlanmasi
