"Xəzər Lənkəran"da daha 2 ayrılıq

17:43 - 8 Dekabr 2015

Sadio Tounkara və Adrian Skarlatake

 

"Xəzər Lənkəran" daha 2 futbolçusu ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, cənub təmsilçisi legionerləri Sadio Tounkara və Adrian Skarlatake ilə qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv edib və hər iki futbolçu komandanı tərk edib.

 

Qeyd edək ki, bir neçə gün öncə Rasim Ramaldanov da komandadan ayrılıb, Rahid Əmirquliyev isə  ilin sonunda komandanı tərk edəcək.

Xəbər xətti