"Kəpəz"in müdafiəçisi: "Hər iki dirəyə və tirə vurmuşam, bir qapıya düşmək qalıb"

00:02 - 9 Dekabr 2015

Şəhriyar Əliyev: "Özüm də şokdayam"
 
Premyer Liqanın XV turunda keçirilən və 2:2 hesablı bərabərliklə nəticələnən “Sumqayıt” - “Kəpəz” oyunu maraqlı epizodla yadda qalan oldu. Matçın 2-ci dəqiqəsində “sarı-göylər”in üzvü Şəhriyar Əliyev rəqib qapısı önündə qarışıqlıq zamanı eyni epizodda iki dəfə topu tirə vurdu.
 
Sportal.az xəbər verir ki, standart vəziyyətlərdə hücuma atılan müdafiəçi klubun rəsmi saytına açıqlamasında həmin epizoda şərh verib:
 
“Karyeramda birinci dəfə idi ki, bir epizodda ardıcıl olaraq iki dəfə zərbəm tirə dəydi (gülür). Özüm də şokdayam, artıq neçə oyundur ki, zərbələrim dirəyə və ya tirə tuş gəlir, qapıya düşmür. Bundan öncə AZAL və “İnter” ilə oyunlarda belə şansızlıq yaşamışdım. Sonuncu dəfə “Sumqayıt”a qarşı görüşdə eyni hal təkrarlandı. Sadəcə, bəxt imkan vermir qol vurmağıma. İnşallah, “Rəvan”la oyunda meydana çıxsam, bunların əvəzini çıxmağa çalışacağam. Hər iki dirəyə və tirə vurmuşam, bir qapıya düşmək qalıb”. 

Xəbər xətti