İngiltərədə dramatik gecə
Çempionlar Liqasının qrup mərhələsində 6-cı turun oyunlarına start verilib.
Sportal.az xəbər verir ki, "Mançester Siti" doğma meydanda "Borussiya"nı (Münhenqladbax) qəbul edib. "Borussiya" 80-ci dəqiəyə kimi 2:1 hesabı ilə irəlidə olsa da, "Şəhərlilər" 80, 81 və 85-ci dəqiqədə ardıcıl 3 dəfə fərqlənərək 4:2 hesabı ilə qələbə qazanıb. Bu qələbədən sonra "Mançester Siti" ÇL-də 1/8 finala yüksəlib, "Borussiya" isə qrupda sonuncu pilləni tutaraq Avropada çıxışını erkən dayandırıb.
"Mançester Siti" (İngiltərə) – "Borussiya" (Münhenqladbax, Almaniya) 4:2
Qollar: Silva, 16, Sterlinq, 80, 81, Boni, 85 - Korb, 19, Rafael, 43
saytlarin hazirlanmasi