"Xəzər Lənkəran" heyətini 6 yeni futbolçu ilə gücləndirəcək

13:31 - 9 Dekabr 2015

Nigeriya və Ukraynada axtarış

 

"Xəzər Lənkəran" klubu qış transfer pəncərəsində heyətini yeni futbolçularla gücləndirəcək.

 

Sportal.az xəbər verir ki, transfer dövründə 6 oyunçunun keçidi rəsmiləşdiriləcək.

 

Onlardan 2-si müdafiəçi, 2-si yarımmüdafiəçi, 2-si isə hücumçu olacaq. Artıq iki legioner futbolçu ilə danışıqlar aparılır. FİFA-nın transfer qadağası üzündən keçidi yayda alınmayan xorvatiyalı yarımmüdafiəçi Samin Muminoviç və adı açıqlanmayan serbiyalı hücumçu qışda komandaya qoşulacaq.

 

Digər 4 futbolçunun axtarışı isə Nigeriya və Ukraynada aparılır.(Report)

Xəbər xətti