Tural Axundov: "Tarixi olan klubun tarixi qolunu vurmaq fəxrdi"

17:08 - 9 Dekabr 2015

"Qolumu azarkeşlərimizə həsr edirəm"
 
Xəbər verdiyimiz kimi, Tural Axundov “Kəpəz”in Azərbaycan çempionatlarında 300-cü səfər qolunun müəllifi olub.
 
Sportal.az xəbər verir ki, komandaın kapitanı Azərbaycan Premyer Liqasının XV turunun “Sumqayıt”la səfər qarşılaşmasının 90+5-ci dəqiqəsində matçda (2:2) hesabı bərabərləşdirməklə, yubiley qoluna imza atb. Bununla da, “sarı-göylər” Azərbaycan çempionatlarında səfərdə 300 və daha çox qol vuran 3-cü komanda olub.
 
Axundov tarixə düşməsi haqda klubun rəsmi saytına açıqlama verib: “Əvvəlcə deyim ki, qolumu azarkeşlərimizə həsr edirəm. Arzu edirəm ki, qollarımızın davamı gəlsin və sayı artıraq. İnşallah, bu da olacaq. “Kəpəz”in tarixinə düşdüyüm üçün sevinirəm. Tarixi olan klubun tarixi qolunu vurmaq fəxrdir”. 
“Kəpəz”in 300-cü səfər qolu yubileylə yanaşı, həm də komandanı məğlubiyyətdən xilas edib. Matçın son anlarında rəqib futbolçunun əllə oyununa görə təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən kapitan yekun nəticəni təyin edərək komandasına bir xal qazandırıb: “Topun arxasına keçəndə özümə əmin idim ki, qol vuracağam. Məşqlərdə həmişə belə zərbələrin üzərində işləyirəm və yaxşı da alınır. Baş məşqçimiz Şahin Diniyev də bildirmişdi ki, penalti zərbəsi olsa, mən vurum. Təbii ki, məsuliyyət böyük idi. Xüsusən də 11 metrlik oyunun sonunda, özü də hesabda geridə olan vaxt təyin olunursa, hökmən soyuqqanlı olmalısan”.

Xəbər xətti