"Anderlext"in futbolçusu: "Hələ ki, hər şey öz əlimizdədir"

00:07 - 10 Dekabr 2015

"Amma göründüyü kimi, bu missiyanı həyata keçirmək çox çətindir"
 
Belçikanın "Anderlext" klubunun pleymeykeri Kara Mbodji Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçiriləcək oyun öncəsi fikirlərini söyləyib.
 
Sportal.az xəbər verir ki, o, bunları söyləyib:
 
"Mövsümün əvvəlində avrokuboklarda qışa qədər mübarizə aparmaq istədiyimizi bəyan etmişdik. Amma göründüyü kimi, bu missiyanı həyata keçirmək çox çətindir. Qrup mərhələsi çərçivəsindəki son oyunumuzda "Qarabağ"la qarşılaşacağıq. Hələ ki, hər şey öz əlimizdədir. Öz oyunumuzu göstərə bilsək, bu, nəticə qazanmağımıza kömək edəcək".

Xəbər xətti