"Messi, Neymar, Suares triosunu diri-diri yeyərik"

15:43 - 10 Dekabr 2015

"Çox istərdim ki,  "Barselona" ilə qarşılaşaq"
 
Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanan PSV-nin futbolçusu Coşua Brenet maraqlı açıqlama verib.
 
Sportal.az "Football-espana"ya istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi 1/8 final mərhələsində "Barselona" ilə qarşılaşmaq arzusunda olduğunu bildirib:
 
“1/8 finala vəsiqə qazanmaq bizim hədəfimiz idi. Növbəti mərhələ yüksələn klublar hamısı güclü komandalardı. Bu mərhələdə hansı klubla qarşılaşmaq? Mən “Barselona”nın azarkeşiyəm. Çox istərdim ki, “Barselona” ilə qarşılaşaq. Messi, Neymar, Suares triosunu diri-diri yeyərik”.
 
Qeyd edək ki, PSV qrup ikincisi kimi ÇL-nın 1/8 finalına vəsiqə qazanıb.

Xəbər xətti