Dekabrın 12-də toplanacaq
Premyer Liqanın XVI turunda səfərdə AZAL-la qarşılaşacaq “Xəzər Lənkəran” sərbəst buraxılıb.
Sportal.az xəbər verir ki, bu gün stadionun əsas meydançasında keçirilən hazırlıq prossesinin ardından bir günlük sərbəst buraxılan komanda dekabrın 11-də istirahət edəcək.
Cənub təmsilçisi dekabrın 12-də Bakının “New Baku” otelində toplanacaq. Qeyd edək ki, həmin gün saat 15:00-da “AZAL Arena” stadionunda oyunöncəsi son məşqinə çıxacaq “Xəzər Lənkəran” bir gün sonra eyni məkanda meydan sahibi komandası ilə qarşılaşacaq. (12cioyuncu.info)
saytlarin hazirlanmasi