"Rusiyada çalışa bilərəm"
“Trabzonspor”dan ayrılan baş məşqçi Şota Arveladze Rusiya Premyer Liqasında çalışmaq istəyir.
Sportal.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Super Liqa təmsilçisindən ayrıldıqdan sonra bir çox təkliflər alan gürcü mütəxəssis əsas hədəfinin Rusiyada çalışmaq olduğunu söyləyib. O, buna görə “Neftçi”nin təklifini rədd edib. Şota Arveladze Rusiya mətbuatına açıqlamasında “Sizə görə Azərbaycandan gələn təklifi rədd etdim. Rusiyada çalışa bilərəm. Hollandiya və Çindən də təkliflər var. Amma Rusiyada alışmaq istəyirəm” deyə bildirib.
saytlarin hazirlanmasi