"Hesabla bağlı bir gözləntim yox idi"
“Çox vacib qələbə qazandıq. Qrupu lider kimi tamamladıq”.
Sportal.az xəbər verir ki, bunu “Krasnodar”ın baş məşqçisi Oleq Kononov deyib. Rusiya təmsilçisi Avropa Liqasının qrup mərhələsinin son turunda “Qəbələ”nin qonağı olub. Meydanı 3:0 hesablı qələbə ilə tərk edən “Krasnodar” 1/16 final mərhələsinə qrup lideri kimi vəsiqə qazanıb. Oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Kononov qalibiyyəti bu cür şərh edib: “Futbolçuları təbrik edirəm. Yaxşı oynadıq və layiqli qələbə qazandıq”.
- 2015-ci ilin ikinci hissəsini necə dəyərləndirərdiz?
- Yaxşı qiymətləndirirəm. Çempionata uğurlu başlamadıq. Əsas odu ki, təslim olmadıq. Bu, Rusiya klublarına xas olan xüsusiyyətdi. Xüsusən də, “Borussiya” ilə oyunu qeyd etmək istəyirəm.
- “Krasnodar” orta sahəni rahat keçirdi. Bu, rəqibin yarımmüdafiə xəttinin sıx olmaması ilə bağlı idi?
- Futbolçulara öz oyunlarını göstərməyi tapşırmışdım. “Qəbələ”nin orta xəttinin ləng olduğunu bilirdik. Futbolçulara da bu barədə tapşırıq vermişdik.
- İlk oyundan sonra qrup sonuncusu idiniz. Amma hazırda qrupu lider kimi tamamladız. Bunu necə bacardız?
- Əsas səbəbi bizim daha çox işləməyimiz idi. Yavaş-yavaş keyfiyyət baxımından da yaxşı iş gördük. Bəzi futbolçular da mövsümün gedişində tam istədiyimiz formaya düşdülər.
- Ari komandada qalacaqmı?
- Arinin müqavilə müddəti davam edir. Onu saxlamağa çalışacağıq.
- Böyükhesablı qələbə gözləyirdizmi və bu qalibiyyətdə rəqib qapıçının rolu nə qədər oldu?
- Hiss olunurdu ki, biz bu gün daha güclüyük. Hesabla bağlı bir gözləntim yox idi. Qapıçı ilə bağlı suala gəlincə, bu barədə nəsə deməyim doğru olmaz. Mən “Qəbələ” klubuna təşəkkürümü bildirirəm. (apasport.az)
saytlarin hazirlanmasi