Millimiz ikinci oyununda da darmadağınla sevindi

00:02 - 12 Dekabr 2015

Bu dəfə 7 qol
 
Futzal üzrə dünya çempionatının seçmə mərhələsinin oyunları davam edir.
 
Sportal.az xəbər verir ki, Azərbaycan millisi bu gün ikinci matçına çıxıb. Komandamız Belarusu sınağa çəkib. İlk görüşündə İsveçə 8:2 hesabı ilə qalib gələn yığmamız bu görüşdə də qalib gəlib - 7:2.
 
Qeyd edək ki, iki turdan sonra millimiz 6 xalla turnir cədvəlinə başçılıq edir. 
 
20:30. Belarus - Azərbaycan  2:7 
Qollar: Auqusto, 4 , Eduardo, 19 , 19 , ,26, Vitali Borisov, 20 , Fineo de Arauxo, 25 , Çovdarov, 37 - Şostak, 15,Los, 39 
Hakimlər: Trayan Ençev (Bolqarıstan), Gerd Bylois (Belçika), Qabor Kovaç (Macarıstan)
Xorvatiya. Osiek şəhəri.

Xəbər xətti