Reytinq cədvəlində dəyişiklik
Avrokubokların qrup mərhələsi başa çatdıqdan sonra UEFA-nın klub reytinqi açıqlanıb.
Sportal.az xəbər verir ki, qrup mərhələsində yer alan və mübarizəni dayandıran təmsilçilərimiz "Qarabağ” və "Qəbələ”nin mövqelərində cüzi dəyişiklik baş verib.
Belçikada "Anderlext”ə məğlub olaraq (2-1) qrupda qalacağını rəsmiləşdirən "Qarabağ” 1 pillə geriləyib. Ağdam təmsilçisi 13,475 xalla 129-cu pillədə qərarlaşıb.
"Anderlext”in qələbəsi digər Belçika təmsilçisi "Zulte Varegem”in "Qarabağ”ı keçməsi ilə nəticələnib. "Bakcell Arena”da "Krasnodar”a məğlub olan (3-0) "Qəbələ”də aktivinə xal qazandıra bilməyib. Təmsilçimiz 5,225 xalla 1 pillə geriləyərək 253-cü yerə yuvarlanıb.
Qeyd edək ki, siyahıya aktivində 161,057 xal olan "Real Madrid”başçılıq edir.
saytlarin hazirlanmasi