Məşhur azərbaycanlı idmançı həbs edildi

01:23 - 12 Dekabr 2015

"Qara canavar" Rusiyada saxlanıldı
 
Məşhur azərbaycanlı samboçu, “Qara canavar” ləqəbli Sadiq Kərimov Sankt-Peterburqda saxlanılıb.
 
Sportal.az Trend-ə istinadən xəbər verir ki, S.Kərimov hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunur.
 
Məlumata əsasən, azərbaycanlı idmançı 2012-ci ildə kafedə iki nəfərdən, onlara ölümlə hədə-qorxu gələrək, 3 milyon rubl tələb edib.
 
Qeyd edək ki, Kərimov 2012-ci ildə Azərbaycan komandasının tərkibində 74 kiloqram çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olub.

Xəbər xətti