Komanda istrahətə çəkilib
Azərbaycan Premyer Liqasının XVI turunda AZAL klubunun qonağı olacaq “Xəzər Lənkəran” oyun öncəsi son məşqini keçirib.
Sportal.az xəbər verir ki, "ağ-yaşıllar" bu gün saat 16:00-da “AZAL Arena” stadionunda son hazırlığa başlayıb.
Taktiki çalışmalardan ibarət olan və 50-dəqiqə davam edən məşqin ardından komanda otelə qayıdaraq, matçın başlama saatına qədər istrahətə çəkilib.
Xatırladaq ki, sğzügedən matç “AZAL Arena”da dekabrın 13-də saat 15:00-da start götürəcək. "CBC Sport" kanalı bu oyunu yayımlamaqdan imtina edib. (12cioyuncu.info)