"Fənərbaxça" və "Qalatasaray"ın Avropa Liqasındakı rəqibləri bəlli olur

12:00 - 14 Dekabr 2015

1/16 finalın püşkatması

 

Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılacaq. 

 

Sportal.az xəbər verir ki, 32 komanda səbətlərə bölünüb. Qrup qalibləri səpələnmiş, ikinciləri səpələnməmişlər sırasında düşüb. Çempionlar Liqasından gələn 8 komanda isə reytinqinə əsasən səbətlərə bölünüb.

 

Qeyd edək ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

 

Səpələnmişlər: “Molde” (Norveç), “Liverpul” (İngiltərə), “Krasnodar” (Rusiya), “Napoli” (İtaliya), “Rapid” (Avstriya), “Braqa” (Portuqaliya), “Latsio” (İtaliya), “Lokomotiv” (Rusiya), “Bazel” (İsveçrə), “Tottenhem” (İngiltərə), “Şalke” (Almaniya), “Atletik” (İspaniya), “Mançester Yunayted” (İngiltərə), “Bayer” (Almaniya), “Olimpiakos” (Yunanıstan),”Porto” (Portuqaliya)

 

Səpələnməmişlər: “Fənərbaxça” (Türkiyə), “Syon” (İsveçrə), “Borussiya” (Dortmund, Almaniya), “Midtyulland” (Danimarka), “Vilyarreal” (İspaniya), “Marsel” (Fransa), “Sent-Etyenn” (Fransa), “Sportinq” (Portuqaliya), “Fiorentina” (İtaliya), “Anderlext” (Belçika), “Sparta” (Çexiya), “Auqsburq” (Almaniya), “Şaxtyor” (Ukrayna), “Qalatasaray” (Türkiyə), “Sevilya” (İspaniya), “Valensiya” (İspaniya)

Xəbər xətti